Bu il ərzində Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşasının yekunlaşdırılması planlaşdırılır.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mühəndis infrastruktunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir.
A.Kərimov bildirib ki, artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilmiş, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır.
“Prezidentin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub”, - xüsusi nümayəndə qeyd edib.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							09:20 / 15.06.2024
							
						Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa ÇATA BİLƏR
						
							
								Hazırda oxunan: Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa ÇATA BİLƏR							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa ÇATA BİLƏR							
						197393
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































