Bakıda 18 yaşlı oğlan həmyaşıdını QƏTLƏ YETİRDİ

Hazırda oxunan: Bakıda 18 yaşlı oğlan həmyaşıdını QƏTLƏ YETİRDİ

Bakıda 18 yaşlı gənc həmyaşıdını qətlə yetirib. Sabunçu Rayon Prokurorluğunun məlumatına əsasən, bu hadisə baş verib.

197390

Bakıda 18 yaşlı gənc qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin