Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.
Səfir qlobal iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi COP29-a ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edildiyini bildirib. COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
04:50 / 15.06.2024
COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
Hazırda oxunan: COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
Hazırda oxunan: COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
197373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.