Bakıda iki yaşlı körpənin ölüm səbəbi məlum olub - VİDEO 

Hazırda oxunan: Bakıda iki yaşlı körpənin ölüm səbəbi məlum olub - VİDEO 

Bakıda iki yaşlı körpənin ölüm səbəbi məlum olub - VİDEO. Bir yaşlı körpə xəstəxanada ölüb və ölüm səbəbi həkim nəzarətsizliyi olub. Xəstəxana həkimi təfərrüatları açıqlayıb.

197367

Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

Bizim.Media xəbər verir ki, körpənin həkim nəzarətsizliyi səbəbindən öldüyü iddia olunub.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Fuad Dövlətov bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00-da huşsuz vəziyyətdə xəstəxanaya hospitalizasiya olunub.

Reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30-da ölüm faktı qeydə alınıb.

"Xəstənin yaxınları iyunun 13-də axşam saatlarında xəstəxananın qəbul şöbəsində insident törədiblər", - həkim qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin