Balakən rayonunun Xalatala kəndində fərdi yaşayış evini ildırım vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xalatala kənd sakini Ruslan Maçanova məxsus evə düşən ildırım mənzilin elektrik sistemini tamamilə sıradan çıxarıb.
İldırımvurmadan sonra mənzildə yanğın baş verib. Lakin ev sahibinin çevikliyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Bütün səylərə baxmayaraq, 140 kvadrat metrilik evin yataq və vanna otağına ciddi ziyan dəyib.
Bu təbiət hadisəsindən sonra ev sahibinə təxminən 7-10 min manat məbləğində ziyan dəyib.
Xoşbəxtlikdən ailə üzvlərindən heç kim xəsarət almayıb.
Aidiyyəti qrumlar evə baxış keçirib, hadisənin təfərrüatarı araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:58 / 14.06.2024
Balakəndə fərdi yaşayış evini ildırım vurub - FOTO
Hazırda oxunan: Balakəndə fərdi yaşayış evini ildırım vurub - FOTO
Hazırda oxunan: Balakəndə fərdi yaşayış evini ildırım vurub - FOTO
197327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.