İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər, Hüseynov Ceyhun Tofiq oğlunun Ordubad rayonunun Gənzə kəndində 3-7 mərasimi keçirilib.
Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, hər zaman yaşıdlarından xüsusi çalışqanlığı ilə fərqlənib. İbtidai təhsilini Akademik Zərifə Əliyeva adına liseydə aldıqdan sonra ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsilini bitirib.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda nəşi tapılan şəhidimizin MƏZARI – FOTO/VİDEO
Mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun dəfn olunduğu Gənzə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumun hüzr mərasiminə yüzlərlə insan, müxtəlif bölgələrdən axın edib. Daha sonra Ordubad rayonu Gənzə kənd məscidində şəhidin ruhuna dualar oxunub, namaz qılınıb.
Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.
Onu da qeyd edək ki Ceyhun Hüseynovun hərbi xidmətdən tərxis olunmasına cəmi 20 gün qalmışdı.
Mərhum hərbçimizin yaxınları Ceyhun Hüseynovla bağlı xatirələrini Bizim.Media ilə bölüşüblər.
Daha ətraflı hazırladığımız videoreportajda:
İlhamə Əli, Bizim.Media