Ceyhun qətlə yetirilib - Rəsmi açıqlama

Hazırda oxunan: Ceyhun qətlə yetirilib - Rəsmi açıqlama

Naxçıvanda nəşi tapılan hərbçimizin cinayət işi ilə bağlı YENİ DETALLAR – RƏSMİ Naxçıvanda itkin düşərək meyiti aşkarlanan hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.

197271

Naxçıvanda itkin düşərək meyiti aşkarlanan hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda nəşi tapılan şəhidimizin MƏZARI – FOTO/VİDEO


Bildirilib ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin