"Kefli olublar" - "Şərurlu İsfəndiyar" qırılan liftdən DANIŞDI 

Hazırda oxunan: "Kefli olublar" - "Şərurlu İsfəndiyar" qırılan liftdən DANIŞDI 

197231

Məlum olduğu kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "unikal.az"a danışan "Şərur MTK"nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov hadisənin baş verməsinin səbəbini açıqlayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni tikilmiş binada lift qırıldı, xəsarət alanlar var - VİDEO 


"Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar.  

Liftin də yükgötürmə qabiliyyəti var. İki qat, bəlkə də üç qat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib". 

"Şərurlu İsfəndiyar" məlum hadisədən sonra sosial şəbəkələrdə Şərur MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib: 

"Kim nə yazır özü bilər. Sağ olsunlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin