KTMT: Ermənistan Təşkilatın tamhüquqlu üzvü olaraq qalır

Hazırda oxunan: KTMT: Ermənistan Təşkilatın tamhüquqlu üzvü olaraq qalır

197198

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd edilib ki, KTMT Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhinə diqqət edək: “Paşinyan KTMT-dən çıxdığımızı deməyib, nə vaxt çıxacağımıza qərar verəcəyimizi söyləyib”. Bu baxımdan, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır”.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin