Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışını təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa və sosiska aşkar olunaraq götürülüb.
Ekspertizanın rəyi ilə kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.
- A-
- A
- A+
Cəmiyyət
22:07 / 13.06.2024
Naxçıvanda vaxtı keçmiş ət məhsulları satan şəxs SAXLANILDI - VİDEO
Hazırda oxunan: Naxçıvanda vaxtı keçmiş ət məhsulları satan şəxs SAXLANILDI - VİDEO
Hazırda oxunan: Naxçıvanda vaxtı keçmiş ət məhsulları satan şəxs SAXLANILDI - VİDEO
197182
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.