Gəncədə güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Azərbaycan küçəsi 43 ünvanında 3 yaşayış evi yanıb.
Hadisə yerinə FHN-nin Gəncə Yanğından mühafizə idarəsinin 6 yanğınsöndürmə maşını, 50 şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın lokallaşdırılıb.
Belə ki, 350 kvadratmetr ərazi qismən yanıb, ətraf evlərə yanğının keçməsinin qarşısı alınıb.






