Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Aronyanla qarşılaşacaq

Hazırda oxunan: Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Aronyanla qarşılaşacaq

19715

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün həlledici raundun ilk görüşləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək.

Final görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: "New In Chess"

Final

Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)

3-cü yer uğrunda görüş

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin