Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini TƏYİN EDİLDİ

Hazırda oxunan: Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini TƏYİN EDİLDİ

Bəhruz Bəhramov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edildi. Əliyevin Sərəncamı ilə bu təyinat 12 iyun 2024-cü il tarixində həyata keçirilib.
197120

Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə Bizim.Media-ya ARDNF-dən məlumat verilib.

Bildirilib ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin