“Hər kəsi salamlayıram. Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis AFFA-nın göstərdiyi etimada görə şad olduğunu deyib:
“Mənim qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün buradayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam”.
“Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram”.
69 yaşlı mütəxəssis böyük turnirlərin final mərhələlərinə qatılmaq üçün çalışacaqlarını vurğulayıb:
“Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam”.
“Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır”.
Portuqal mütəxəssis bunun üçün şəraitin olduğunu bildirib:
“Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir. Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:36 / 13.06.2024
Fernandu Santuş: “Uğur birdən-birə göydən düşmür”
Hazırda oxunan: Fernandu Santuş: “Uğur birdən-birə göydən düşmür”
Hazırda oxunan: Fernandu Santuş: “Uğur birdən-birə göydən düşmür”
197114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.