DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda şagirdlər “Son zəng” günü valideynlərinə, yaxud qohumlarına məxsus avtomobillərdən istifadə edərək əyləncə məqsədilə sükan arxasına əyləşirlər.
Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Təəssüf ki, bəzən səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.
Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və cəmiyyətimiz üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:43 / 13.06.2024
DYP "Son zəng"lə bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP "Son zəng"lə bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP "Son zəng"lə bağlı MÜRACİƏT ETDİ
DYP "Son zəng"lə bağlı MÜRACİƏT ETDİ DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı müraciət edib. Gələcək həyatınızda valideynləriniz və cəmiyyətiniz üçün dəyər verin.
197105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.