Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? - AÇIQLAMA

Hazırda oxunan: Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? - AÇIQLAMA

Lənkəran rayonundakı Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun, sertifikasiyadan kəsilən müəllimlər səbəbindən vəfat etdiyi iddiası məlumatı yalanlanıb. Məlumata görə, 18 müəllimin sertifikasiyadan kəsilməsi ilə əlaqədar yayılan yanlış məlumatların doğru olmadığı və Heybət İsmayılovun sağlamlığının problemli olduğu bəyan edilib. Məktəbdə 12 müəllim sertifikasiya imtahanına qatılmış, 2-si imtahandan keçmişdir. Direktor isə sağlamlığı ilə əlaqədar vəfat etmişdir.
197092

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.

Bizim.Media ”oxu.az”a istinadən xəbər verir ki, bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumatın həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd olunub ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil:

“Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin