Türkiyəli nazir Azad Rəhimovun vəfatından yazdı: “Azərbaycanın və ölkəmizin başı sağ olsun”

Hazırda oxunan: Türkiyəli nazir Azad Rəhimovun vəfatından yazdı: “Azərbaycanın və ölkəmizin başı sağ olsun”

19709

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Kasapoğlu şəxsi Tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun", deyə nazir paylaşımda yazıb.

Xatırladaq ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin