“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

Hazırda oxunan: “Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

19706

“Google”un Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysel Xankişiyevə sistemin “Google Ads” servisində boşluq (“bug”) tapdığına görə ona təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə gənc proqramçı özü informasiya verib.

Məlumata görə, o, servisin Təhlükəsizlik Komandasının mütəxəssisindən rəsmi məktub alıb.

Məktubda boşluğun qeydə alındığı və V.Xankişiyevə təşəkkür edilib. Daha sonra 22 yaşlı gənc “Google”un “Boşluq Ovçusu” (“Bug Hunter”) siyahısına düşüb.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft”, Harvard Universiteti və s. kimi dövlət müəssisələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin