Bu gün də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı iyunun 13-də də etiraz aksiyasını davam etdirəcək.
Qeyd edək ki, dünənki aksiyada etirazçılarla polis arasında toqquşma baş verib. Nəticədə DİN-in mətbuat xidməti 86 nəfərin saxlanıldığını bildirib.
Bizim.Media