Lənkəran Rayon Mərkəzi Xəstəxanası, rayon ərazisində baş verən qəzada xəsarət alanlar haqqında açıqlama verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məlumata görə, 12 iyun 2024-cü il tarixində axşam 21:35 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verən piyada vurma hadisəsi nəticəsində bir nəfər qadın, iki nəfər uşaq qapalı kəllə-beyin travması, sol mil sümüyünün sınığı, sol bazu sümüyünün sınığı, kürək sümüyünün sınığı, döş qəfəsinin küt travması diaqnozları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda yasdan qayıdan nənə və 2 nəvəsini MAŞIN VURDU - Ölən var
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Yaralı uşaqlardan birinin vəziyyətinə uyğun olaraq, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu