Müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, çalışqan estrada ulduzu sözləri Pərviz Arifə məxsus "Darıxmaq hissi" adlı yeni mahnısını ekranlaşdırıb.
Klipdə Günayla bərabər aparıcı Afaq Gəncəli də yer alıb. İbrahimli klipin rejissorluğunu Fərman Bəşirliyə həvalə edib.
Ekran işində Günay Afaqla bərabər avtomobildə gedərək mahnını birgə ifa ediblər.
Rəşad Əliyev, Bizim.Media