"Ali məktəbin pedaqoji heyəti də tam şəffaf seçilir. Bütün müəllim heyəti burada işlədiyi dövrdə ödənişsiz mənzillə təmin olunacaq. İlk tədris ilində əksəriyyəti müəllimlərdən ibarət olan 70 nəfərlik heyət fəaliyyət göstərəcək. Ali təhsil müəssisəsində ilkin mərhələdə 6 fakültə üzrə 1120 tələbəyə 70-dən çox müxtəlif dərəcəli pedaqoji kollektiv təhsil verəcək ".
Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
Rektor Qarabağ Universitetinin tələbələri üçün yaradılacaq şəraitdən də söz açıb.
Daha ətraflı videoda:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu