Moskvadan İrəvana SON XƏBƏRDARLIQ – Kremlin səfir gedişinin PƏRDƏARXASI

Hazırda oxunan: Moskvadan İrəvana SON XƏBƏRDARLIQ – Kremlin səfir gedişinin PƏRDƏARXASI

196957

Daha öncə məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq iki gündür ki, İrəvana qayıdıb.

Bu barədə “RIA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib:

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”. 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yaymışdı. 

Səfərin geri çağırılmasının İrəvanla Moskva arasında yaşanan soyuqluqla bağlı olduğu bildirilirdi. Belə ki, Ermənistanın son zamanlar Qərblə əməkdaşlığı genişləndirmək cəhdi, bunun müqabilində KTMT, MDB tədbirlərində iştirakdan yayınması Moskvanın ciddi narazılığı ilə qarşılanırdı. Bu fonda mayın sonlarında Rusiyanın İrəvandakı səfiri məsləhətləşmələr adı ilə geri çağırılmışdı. 

Maraqlıdır, görəsən, Rusiya səfirini niyə geri çağırmışdı və indi niyə yenidən İrəvana qaytardı? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, səfirin geri çağırılması və yenidən İrəvana qaytarılması əslində Kreml tərəfindən Ermənistana edilən bir xəbərdarlıqdır: 

“Səfirlərin geri çagrilmasi halları-beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş huquqi normativ aktdir. Adətən dövlətlərarası münasibətlərdə böhran yaşandığı hallarda səfirlər məsləhətləşmələr üçün geri çağırılır. Ermənistan iqtidarının son illər məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət  nəticəsində tərəflər arasında münasibətlərdə böhran dərinləşmiş, nəticə etibarilə Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün geri çağrılmasına ehtiyac yaranmışdı”. 

Ekspert qeyd edir ki, Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətlərdə yaşanan böhran Paşinyan iqtidarının qəbul etdiyi qərarlardan qaynaqlanır: 

“Rəsmi İrəvanın KTMT-nin, Avrasiya İqtisadi İttifaqının tədbirlərinə qatılmasından imtina etməsi, hətta MDB tədbirlərində təmsilçilikdən boyun qaçırması, ABŞ və Avropda ilə əməkdaşlığında Rusiyaya yönəlik siyasətin güclənməsi isə öz ərazisində AB-nin Moskvaya qarşı kəşfiyyat işinin aparmalarına şərait yaratmaq istəyi ilə bağlıdır. 

Rusiya ilə müttəfiq olmasına baxmayaraq rəsmi İrəvanın Ukraynanı müdafiə edən bəyanatları da Moskvanın narazılığına səbəb olurdu. Səfirin geri çağırılması və yenidən İrəvana qaytarılması əslində Kreml tərəfindən rəsmi İrəvana Moskva tərəfindən edilən xəbərdarlıqdır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin