Paşinyan: “Azərbaycanla sülh müqaviləsini bir ay ərzində imzalaya bilərik”

Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sülh müqaviləsini bir ay ərzində imzalaya bilərik”

196948

“Azərbaycanla sülh müqaviləsini bir ay ərzində imzalaya bilərik”. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, müqavilənin hazırkı mətni yetərincə hazırdır. 

Paşinyan, həmçinin sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılmasını kifayət qədər mümkün hesab etdiyini vurğulayıb. 

Xatırladaq ki, Ermənistan XİN də ötən həftə oxşar açıqlama yayıb və Ermənistanın Azərbaycanla sülh müqaviləsini gələn ay ərzində imzalamağa hazır olduğu bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin