Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb.
O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, - paylaşımda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:32 / 12.06.2024
Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə EDİLDİ – FOTO
Hazırda oxunan: Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə EDİLDİ – FOTO
Hazırda oxunan: Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə EDİLDİ – FOTO
Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə EDİLDİ. NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığı, regional əlaqələr, enerji təhlükəsizliyi və digər mühüm məsələlər haqqında müzakirələr aparmışdır.
196940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.