Yeni şəxsiyyət vəsiqələrində DƏYİŞİKLİK

Hazırda oxunan: Yeni şəxsiyyət vəsiqələrində DƏYİŞİKLİK

196903

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. 

Qeyd olunub ki, 2018-ci ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir.

Bununla əlaqədar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununda dəyişikliklər edilib, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib. 

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin verilmə tarixi deyil etibarlılıq müddəti göstərilir. 

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bu məqsədlə “Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb.
Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı, etibarlılıq müddəti də qeyd olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin