DİQQƏT! Bu dondurmalarda bakteriya aşkarlandı – RƏSMİ/FOTO

Hazırda oxunan: DİQQƏT! Bu dondurmalarda bakteriya aşkarlandı – RƏSMİ/FOTO

Bu dondurmalarda bakteriya aşkarlandı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Uyğunsuzluq aşkarlanan dondurma məhsulları haqda məlumat verilir.
196889

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. 

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. 

Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır: 

1. "Rich S.A" MMC-nin istehsalı olan "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, "Yolka" əmtəə nişanlı dondurma; 

2. Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunan "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, "Selena" əmtəə nişanlı çiyələkli dondurma; 

3. "Camal" LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma; 

4. Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan "Naturalika" əmtəə nişanlı dondurma. 

Eyni zamanda "Naturalika" əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. "Camal" LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb. 

43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir. 

Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcəkdir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin