“Ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLIRT” qatarı artıq istismara hazırdır. Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil olunur”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.
O bildirib ki, ilk dəfə olaraq sürətli sərnişin qatarlarında Ucar və Ləki stansiyalarında dayanacaq verilir:
“Bu o deməkdir ki, istər Ucar, istər Ağdaş və ətraf rayonların 100 minə yaxın sakini də sürətli sərnişin qatarlarından istifadə əlçatan olacaq. Bu qatarlar müasir qatarlardır, bar vaqon, həmçinin fiziki məhdudiyyətli insanlar üçün vaqon var. Velosipedlərin saxlanılması üçün yer var. İnnovativ təhlükəsizlik sisteminə malikdir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:14 / 12.06.2024
Sürətli sərnişin qatarı Ucar və Ləkidə də DAYANACAQ - RƏSMİ
Hazırda oxunan: Sürətli sərnişin qatarı Ucar və Ləkidə də DAYANACAQ - RƏSMİ
Hazırda oxunan: Sürətli sərnişin qatarı Ucar və Ləkidə də DAYANACAQ - RƏSMİ
Sürətli sərnişin qatarları Ucar və Ləkidə də dayanacaq. Azərbaycan Dəmir Yolları'nın İctimaiyyətlə Əlaqələr Şöbəsi rəhbəri Sənubər Nəzərli, Ucar və Leki stansiyalarında dayanacaq veriləcəyini və bu sayədə 100 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadə edəcəyini bildirib.
196868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.