17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Albaniya ilə 2 yoldaşlıq görüşü keçirəcək
Milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək. Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq.
U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:24 / 12.06.2024
U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək
Hazırda oxunan: U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək
Hazırda oxunan: U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək
U-17 Albaniya ilə iki yoldaşlıq görüşü keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı keçiriləcəkdir.
196844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.