Levandovski AVRO-2024-ün ilk oyununu buraxacaq

Hazırda oxunan: Levandovski AVRO-2024-ün ilk oyununu buraxacaq

196832

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verib.

O, təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədələndiyi üçün iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.

Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin