“Azərbaycan hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Ölkəmiz Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəkləyib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanınnın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:06 / 11.06.2024
XİN: “Azərbaycan Ukraynaya ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edib”
Hazırda oxunan: XİN: “Azərbaycan Ukraynaya ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edib”
Hazırda oxunan: XİN: “Azərbaycan Ukraynaya ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edib”
Azərbaycan Ukraynaya 40 milyon ABŞ dolları dəyərində yardım edib. Xarici işlər naziri Ceyhun Bayramov bu yardımın səbəblərini və xüsusiyyətlərini vurğulayıb.
196822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.