Ölkəmizə daha 101 baş yak GƏTİRİLİB – Bu heyvanın əti və südü bazara ÇIXARILIRMI? 

Hazırda oxunan: Ölkəmizə daha 101 baş yak GƏTİRİLİB – Bu heyvanın əti və südü bazara ÇIXARILIRMI? 

Ölkəmizə daha 101 baş yak GƏTİRİLİB – Bu heyvanın əti və südü bazara ÇIXARILIRMI? Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib.

196804

Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yaklar artıq ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilmiş yaylaqlara Qırğızıstandan daha 116 baş yak gətirilib - FOTO


Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlarda eksperimental yak təsərrüfatının yaradılmasına 2022-ci ildə başlanıb. Həmin il Azərbaycanda eksperimental yak təsərrüfatının yaradılması məqsədilə ölkəmizə dəvət olunan qırğız ekspertlərin iştirakı ilə monitorinqlər keçirilib və yer seçimi edilib. Mütəxəssislərin rəyi ilə işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonunun yüksək dağlıq əraziləri yak təsərrüfatının yaradılması üçün uyğun sayılıb.

Bəs yakın ətini digər heyvanların ətindən nə fərqləndirir? Bu heyvan növünün əti və südü Azərbaycan marketlərində satılırmı?

Kənd təsərrüfatı eksperti Akif Nəsirli Bizim.Media-ya bildirib ki, yakın əti dana ətindən daha faydalıdır:

“Yak əsasən soyuq ərazilərdə yaşayır, yemi qapalı yerdə saxlanılmır, örüşdə otlayır. Laçın və Kəlbəcər ərazisi bu heyvanların yaşaması üçün münbit yer hesab olunur. Yakın əti dana ətindən daha çox vitaminlə zəngindir, kaloriyə sahibdir, südünün yağlılığı daha çoxdur. Yakın əti bir qədər möhkəm olur, onu çox qaynatmaq lazımdır”. 

A.Nəsirli qeyd edib ki, yakın qalan parametrləri inəkdən daha yüksəkdir:

“Yak əti təqribən camış ətinə yaxın göstəricilərə malikdir. İnək südünün orta yağlılığı 3.6%, amma yakda 12%-dir. Hal-hazırda yak əti satışda yoxdur. Çünki onu hələ Azərbaycana çoxaltmaq üçün gətiriblər. Amma yak ətini xüsusi adamlar üçün gətirdirlər. Onun təsərrüfatı inkişaf etdikdən sonra, ətindən də geniş istifadə olunacaq”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin