Gənclər iftara çatmayanlara qida paketləri payladı - FOTOLAR

Hazırda oxunan: Gənclər iftara çatmayanlara qida paketləri payladı - FOTOLAR

19676

Müqəddəs Ramazan ayı ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin birgə əməkdaşlığı ilə xeyriyyə həftələrinin keçirilməsinə start verilib.

Bizim.Media xəbər verir ki, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən verilən məlumata görə, ilk xeyriyyə həftəsi çərçivəsində Regional Mərkəzin dəstəyi və ASAN könüllülərinin iştirakı ilə Bakı şəhərinin fərqli yerlərində iftar saatı ərəfəsində yolda olan və iftara çatmayan insanlara kiçik qida paketləri və su paylanıb.

Daha bir neçə gün davam edəcək aksiyanın məqsədi Ramazan ayı və xeyirxahlıq ənənələri ilə yanaşı, həm də könüllülük fəaliyyətini cəmiyyətdə təbliğ etmək və insanlarda xoş təəssürat yaratmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin