Mövsümlə əlaqədar ilan sancması hallarının sayı artıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin məlumatına görə, may ayı ərzində zəhərlənmə səbəbilə 100 nəfər Mərkəzə müraciət edib ki, onun 11 nəfərini ilan sancıb.
Müxtəlif səbəblərdən zəhərlənənlərdən 5 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Ölüm halları arasında ilan sancması da yer alıb.
Ən çox ilan sancması isə təbbi olaraq bölgələrdə qeydə alınır. Dərinin qızarması, göyərməsi, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlərlə müşahidə olunan zəhərlənməyə qarşı ən əsas vasitə zərdabdır. Zərdab isə yalnız xəstəxanalarda vurulur. Zərdab xüsusi zülaldan – at qanından düzəldilir. İlan sancan şəxsi isə 12 saat ərzində xəstəxanalara aparmaq mütləqdir.
Mütəxəssislərin tövsiyəsinə görə, ilkin yardım zamanı ilan sancan dəri ətrafını hərəkət elətdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yüngül, sıxmayan steril sarı qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır.
Bəzi hallarda isə vətəndaşlar ilan sancmasına qarşı istifadə edilən zərdabın respublikanın bütün xəstəxanalarında olmamasından şikayətlənirlər.
Bəs bununla bağlı xəstəxanalarda vəziyyət necədir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrində zərdablarla təminat lazımi səviyyədədir:
“Mövsümlə əlaqədar olaraq həşərat, əsasən də ilan sancmaları ilə bağlı müraciətlərin sayının artma ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki aidiyyəti üzrə bütün tibb müəssisələri (rayon mərkəzi xəstəxanaları, ilkin səhiyyə müəssisələri) tələbnaməyə uyğun olaraq zərdablarla təmin olunub”.
Qurum cavabında, həmçinin, əhalini zəhərli həşəratlara qarşı ehtiyatlı olmağa çağırıb.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
11:50 / 11.06.2024
Bütün xəstəxanalarda ilan sancması əleyhinə zərdab varmı? – TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Bütün xəstəxanalarda ilan sancması əleyhinə zərdab varmı? – TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Bütün xəstəxanalarda ilan sancması əleyhinə zərdab varmı? – TƏBİB-dən AÇIQLAMA
196729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.