Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan başçısı Emoməli Rəhmon iki dövlət sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Qırğızıstan liderinin mətbuat xidməti RİA Novosti-yə bildirib.
Mənbə yazır ki, cümə günü iki dövlətin başçıları arasında telefon danışığı aparılıb və görüş zamanı "ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri üzərində və yaxşı qonşuluq ruhunda konstruktiv dialoq baş tutub".
"Prezidentlər dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyəti sabitləşdirmək üçün tədbirləri müzakirə etdilər". Mətbuat xidmətinin nümayəndəsi belə deyib.
Onun sözlərinə görə, söhbət zamanı Japarov Qırğızıstan tərəfinin dövlətlərarası məsələləri dialoq yolu ilə həll etmək və dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində sabit vəziyyəti qorumaqda qərarlı olduğunu vurğulayıb:
"Qırğızıstan və Tacikistan arasında qarşılıqlı faydalı əməkdaşlıq Qırğız və tacik xalqları arasında ənənəvi və çoxəsrlik dostluq, mehriban qonşuluq zəminində davam edəcək”.
Dövlət başçıları mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və bu ilin may ayının ikinci yarısında Düşənbədə üz-üzə görüş keçirmək barədə razılığa gəliblər.
Tərəflər qeyd ediblər ki, hökumət nümayəndə heyətlərinin Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqları mayın 1-də Qırğızıstanın Batken bölgəsində baş tutacaq.
29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı dava iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib.
Toqquşmalar altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb. 29 aprel axşamı tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:45 / 30.04.2021
Qırğızıstan və Tacikistan prezidentləri razılığa gəldilər – Sərhəddə atışma olmayacaq
Hazırda oxunan: Qırğızıstan və Tacikistan prezidentləri razılığa gəldilər – Sərhəddə atışma olmayacaq
Hazırda oxunan: Qırğızıstan və Tacikistan prezidentləri razılığa gəldilər – Sərhəddə atışma olmayacaq
19666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.