“Həkim məsləhəti olmadan arıqladıcı dərmanları qəbul etməyin!” - Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Həkim məsləhəti olmadan arıqladıcı dərmanları qəbul etməyin!” - Mütəxəssisdən XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan arıqladıcı dərmanları qəbul etməyin! Sağlam yollarla çəkisizləmək üçün ən yaxşı üsul həkim təvsiyəsinə əməl etməkdir. Dərmanların sağlamlığa təsiri barədə məlumat alın.

196593

Son dövrdə bəzi insanlar əsasən də qadınlar artıq çəkidən əziyyət çəkirlər. Bu çəkilərdən xilas olmaq üçün sağlam qida, pəhriz və idman kimi sağlam yollar olsa da xanımlar daha asan yola, yəni arıqladıcı dərmanlara üz tuturlar.

Eləcə də həddindən artıq arıq və çəkisi az xanımlar kökəldici dərmanlardan istifadəyə meyil edirlər. Televiziya kanallarında, sosial şəbəkələrdə bu cür dərmanların, müxtəlif adda çay, kofe reklamlarını heç də az görmürük. Çox təəssüf ki, bu cür reklamlara aldanan insanlar kor-koranə şəkildə bu dərmanlara üz tuturlar. Xüsusilə belə dərmanların effekti olsa belə sağlamlığa hansı dərəcədə ziyan vurduqlarından xəbərsizdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Mövzuyla bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev bildirib ki, belə dərmanlardan istifadə asıllıq yaradır.

“Bu mövzu günümüzdə aktualdır. Artıq çəkidən xəstəliyə görə əziyyət çəkən insan həkim məsləhəti ilə dərman qəbuluna başlaya bilər. Heç bir həkim məsləhəti olmadan, tərkibi haqqında məlumatsız şəkildə dərman əldə etməyi qəti halda məsləhət görmürəm. Bu cür arıqladıcı dərmanların tərkibində insanın baş-beynindəki aclıq mərkəzini keyləşdirici vasitələr var. Bu, insan orqanizminə də zamanla öz əks təsirini göstərir.

Həmçinin, mədə-bağırsaq sisteminin pozulmasına, fərddə olan passiv xəstəliyin inkişaf etməsinə gətirib çıxarır”.

“Arıqlamaq üçün ən yaxşı üsul karbohidratı maksimum dərəcədə azaltmaqdır. Gün ərzində su içmək və meyvə-tərəvəz qəbul etmək arıqlamaq üçün daha sağlam metoddur”, - deyə farmakoloq qeyd edib. 

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin