Həbs edilən icra başçısının topdağıtmaz sərvəti - ŞOK SİYAHI

Hazırda oxunan: Həbs edilən icra başçısının topdağıtmaz sərvəti - ŞOK SİYAHI

19659

Adı əvvəllərdə qalmaqallarda hallanan və həbs edilən Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun sərvəti məlum olub. 

Bizim.Media Şəmkir rayonunda vətəndaşlara, sahibkaralara və ümumilikdə dövlətə “meydan oxuyan” sabiq icra başçısının nəhəng biznesini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirin icra başçısı  bələdiyyənin 3 milyonluq mülkiyyətini oğluna 40 manata satıb


Araşdırmalardan məlum olub ki, Alimpaşa Məmmədov rayon icra başçısından çox, iş adamı kimi “xidmət” göstərib. Hansı ki, bu “xidmət” müqabilində biznesini genişlənidirib. 

Qeyd edək ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi, simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb.

O, vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib. Bundan əlavə Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib.  

Bundan başqa, Alimpaşa Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Farel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb.


Sabiq icra başçısı rayonda abadlaşdırma adı ilə də külli miqdarda həm dövlətdən, həm sahibkarlardan, həm də sıravi vətəndaşlardan ayrı-ayrılıqda vəsait mənimsəyib. Alimpaşa Məmmədovun Şəmkir ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq mənimsəyib. Dövlət büdcəsindən 382 min manat, ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat rüşvət alıb. Həbs edilən məmur rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət qurumlarının vəzifəli şəxslərindən də müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul tələb edib. 

Mənimsənilən pulların toplam məbləği  6 milyon manata yaxın olub. Bundan başqa ayda hər məktəb direktorundan 2 min manar xərac topladıb.  
 

Sabiq icra başçısının Şəmkirdə nəhəng biznesinin olduğu da üzə çıxıb. Hansı ki, bu biznes indi də fəaliyyətdədir. Məlum olub ki, Alimpaşa Məmmədov qızıl balıq, maraq və taxıl biznesindən də külli miqdarda qazanc əldə edib.


“Az Farel” adlı fermasından ildə külli miqadarda qazanc əldə edən icra başçısını kabinetində tapmaq olmurmuş. Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçirmiş. Hətta onun forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurub. Balıq təsərrüfatının ucbatından Şəmkirin Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olub. Sakinlərin isə bu şikayətinə məhəl qoyan olmayıb. 

Məlumat üçün bildirək ki, “Az Farel” MMC balıqyetişdirmə təsərrüfatı əhəmiyyətinə görə regionun ən mühüm müəssisələrdən biridir.

İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi hesab olunur. “Az Farel” MMC Şəmkirçay Su Anbarının sahilində yerləşir. Qafqazda analoqu olmayan  bu müəsssisə 6 hektar ərazidə yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 3 min ton 14 növ farel balığı üzrə qırmızı və qara kürü də daxil olmaqla 42 çeşiddə məhsul istehsal edilib. Sonrakı mərhələdə istehsal 10 min tondan 30 minə çatdırılıb.  
 

Şəmkirdən Gədəbəyə gedən yolun üstündə Alimpaşa Məmmədovun Qaraboylu deyilən ərazidə maralçılıq ferması fəaliyyət göstərir. Bu təsərrüfat, 7 ilə əvvəl yaradılıb, 70-ə yaxın maral saxlanılır. Ferma formal olaraq başçısı oğlu Adil Məmmədovun adınadır.


Sabiq icra başçısı maral fermasının saxlanılmasına Şəmkirin idarə və təşkilatlarından, bələdiyyələrdən xərac toplayıb. Bundan əlavə Alimpaşa Məmmədovun rayonun örüş sahələrini ələ keçirərək bəzilərini özəlləşdirib, bəzilərini isə torpaq ərazisi kimi satıb. O, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsiyadalar alsa da, məhsulun becərilməsi həyata keçirməyib.  

Bir sözlə Alimpaşa Məmmədovun görünən sərvətinin hesabı dilə gəlməz səviyyədədir. Hansı ki, bilinməyən mülkləri, biznesi və sərvəti ilə toplasaq ölkə milyonçuları sırasındadır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin