Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Bizim.Media Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
Qeyd edək ki, 29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:13 / 10.06.2024
Şahmatçımız Fransa ÇEMPİONU OLDU
Hazırda oxunan: Şahmatçımız Fransa ÇEMPİONU OLDU
Hazırda oxunan: Şahmatçımız Fransa ÇEMPİONU OLDU
196581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.