Kimlər üçün qurban kəsmək VACİB DEYİL?

Hazırda oxunan: Kimlər üçün qurban kəsmək VACİB DEYİL?

196579

Müqəddəs Qurban bayramına sayılı günlər qalıb. İslam dininin qaydalarına əsasən bu gündə imkanlı müsəlmanlar dəvə, öküz, qoç və yaxud keçi kəsməlidir. Kəsilmiş heyvanın da əti 3 yerə bölünməlidir. Bir qismi ailə üçün, digər qismi yaxın qohumlar üçün və qalan hissəsi isə imkansız insanlara paylanılmalıdır. 

Bəs kimlər üçün qurban kəsmək vacib deyil?
 

MÖVZU İLƏ BAĞLI:

Qurban kəsmək MƏCBURİDİRMİ? – İlahiyyatçıdan AÇIQLAMA 


Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, maddi imkanı olmayan, ailəsinin dolanışığını təmin edə bilməyən müsəlmanlara qurban kəsmək vacib deyil:

“Borcla, kredit götürərək, nisyə qurban kəsmək olmaz. Kimin imkanı yoxdursa, onun özünə qurban əti verilməlidir. Bu da insanların qüruruna toxunmamalıdır. Qurban payını qəbul etmək özü də qurban kəsmək qədər savabdır. Qurban kəsmək üçün gərək bu qurbanı kəsə biləcək imkana sahib müsəlman olasan. 

Haram puldan, rüşvətdən meydana gələn vəsaitdən, kiminsə malını əlindən alaraq, harama qarışmış puldan da qurban kəsmək olmaz.

Yaxşı olardı ki, yalnız əmək haqlarından ayrılmış pul hesabına qurbanlıq heyvan alınsın. Uşaqlar da həddi buluğa çatana qədər onlara miras qalmış vəsaitdən, maldan qurban kəsməyə məsul deyillər. Yetkinlik yaşına çatandan sonra kəsə bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin