Bakıda evə atəş açıldı: TUTULAN VAR

Hazırda oxunan: Bakıda evə atəş açıldı: TUTULAN VAR

196558

İyunun 5-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində silahlı insident olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, naməlum şəxs qəsəbədəki evlərdən birinin pəncərəsinə atəş açıb. Nəticədə mənzilin pəncərəsinin şüşələri qırılıb.

Hadisə barədə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tüfənglə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan nömrəsi silinmiş tüfəng götürülüb.
Məlum olub ki, S.Əliyev qonşuluqdakı evlərdən birinə qonaq gəlib və ehtiyatsızlıqdan atəş açaraq digər evə ziyan vurub.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin