Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Bizim.Media xəbər verir ki, erməni mətbuatı onun sərhədi keçərək Ermənistan ərazisinə gəldiyini və Dərələyəzin Areni kəndi yaxınlığında sərhədçilər tərəfindən saxlanıldığını yazıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Hərbçimiz Naxçıvanda itkin düşdü
Ancaq Ermənistan Milli Təhlükəsizlik Xidməti hələlik bu informasiyanı təsdiq etməyib.
Bizim.Media