“Təəssüflər olsun ki, mən o gəlinlərdən deyiləm ki, qayınana ilə yola gedim. Toydan gecə gəlirəm. Mütləq səhər yatmalıyam. Hər qayınana bunu qəbul edər, icazə verər? Allah qayınanama rəhmət eləsin! O bizi sıxmayıb, rahatlıq verib. Heç zaman heç bir işimə qarışmayıb. O heç zaman deməyib ki, gəlin bu saatda yatar və ya oyanar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Dünyasını dəyişən qayınanası ilə münasibətlərindən söz açan sənətçi bildirib ki, heç zaman gəlini ilə bir evdə qalmaz:
“Mənim idarəedici xasiyyətim var. Bu səbəbdən çalışaram ki, heç zaman gəlinimlə bir evdə yaşamayım. Əgər qayınana gəlinlə bir evdə yaşadısa, mütləq hansısa bir problem ortaya çıxacaq. Öz övladı ilə dalaşırsan, onu az qala döymək istəyirsən. Yenə də ziyanı mən çəkəcəyəm. El elə sığar, ev evə sığmaz. Ona görə gəlin ayrı, mən ayrı… Gəlin mənə bir dəfə kəm baxarsa, “partlayaram”, infarkt keçirərəm, ölüb qalaram. Bu mənə lazımdır? Təbii ki, yox.
Elə gəlinlər var ki, qayınanalarını döyür. Allah bizi belə gəlinlərdən qorusun. Gərək, hər kəs öz yerini bilsin. Gəlin gəlinliyini, qayınana da qayınanalığını”.
Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:05 / 10.06.2024
Xuraman: “O gəlinlərdən deyiləm ki, qayınana ilə yola gedim”
Hazırda oxunan: Xuraman: “O gəlinlərdən deyiləm ki, qayınana ilə yola gedim”
Hazırda oxunan: Xuraman: “O gəlinlərdən deyiləm ki, qayınana ilə yola gedim”
Müğənni Xuraman Şuşalı qayınanası ilə münasibətlərindən danışaraq, gəlinlərə və qayınanalara müraciət edir. Şuşalı idarəedici xasiyyəti səbəbi ilə gəlinlər ilə bir evdə yaşamadığını və bunun səbəbini açıqlayır. Müsahibədə deyib ki, bu cür münasibətlərdə problem yaşanır və öz yerini bilmək vacibdir.
196521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.