Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf oldu

Hazırda oxunan: Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf oldu

196480

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Morul kəndində qeydə alınıb.

Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb.

Fermer Anar Məmmədov bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb. 

Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. 

Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb.

Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir.

Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin