Sürücü sərt döngədə idarəetməni itirdi, xəstəxanalıq oldu

Hazırda oxunan: Sürücü sərt döngədə idarəetməni itirdi, xəstəxanalıq oldu

196406

Gecə saatlarında Oğuz rayonunun Xalxal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  belə ki, Ağdaş rayon sakini, 23 yaşlı Məhəmməd Məmmədzadə idarə etdiyi minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. 

İlkin araşdırmalarla məlim olub ki, sərt döngədə sürət həddini gözləməyən sürücü nəticədə maşını idarə edə bilmədiyindən ağır qəzaya səbəb olub. 

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Təcili Tibbi Yardım briqadasının köməyi ilə 23 yaşlı Ağdaş sakini  Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada müayinə olunduqdan sonra müalicələrə başlanılıb. Vəziyyəti orta qiymətləndirilir. 

Baş verən yol-nəqliyyat hadisəsi ilə  bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin