Fələstin Prezidenti İsrailə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını TƏLƏB EDİB

Hazırda oxunan: Fələstin Prezidenti İsrailə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını TƏLƏB EDİB

Fələstin Prezidenti Mahmud Abbas, İsrailə qarşı BMT Təhlükəsizlik Şurasının təcili iclasını TƏLƏB EDİB. İsrailin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə hücumları ilə əlaqədar Mahmud Abbas tələbi irəli sürüb.
196397

Fələstin Prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Bizim.Media WAFA agentliyinə istinadən xəbər verir ki, o bunu İsrailin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə hücumları ilə əlaqədar edib.

Məlumata görə, Fələstin lideri  İsrail təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasını çağırmaq üçün müvafiq ərəb və beynəlxalq tərəflərlə əlaqə saxlamağa çalışır.

Qeyd edək ki, bu gün İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında keçirdiyi quru əməliyyatı zamanı 7 oktyabr 2023-cü ildə musiqi festivalına hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovu azad edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin