''Ermənistan 30 ildə azərbaycanlıların meyitlərinin axtarışı ilə bağlı addım atmayıb'' - Nazir

Hazırda oxunan: ''Ermənistan 30 ildə azərbaycanlıların meyitlərinin axtarışı ilə bağlı addım atmayıb'' - Nazir

19636

''44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə həlak olan erməni hərbçilərinin meyitlərinin axtarışı üçün şərait yaradılıb. Rusiya sülhməramlıları ilə birgə erməni hərbçiləri də axtarışlarda iştirak edib''.

Bizim.Media xəbər verir ki,  bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 30 il ərzində Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı istiqamətində heç bir addım atmayıb:

''Ermənistan ciddi qınaq obyektinə çevrilməyib. Bir neçə gün öncə Kəlbəcərdə kütləvi məzarlıq tapıldı. Deməli bu cür kütləvi məzarlıqlar məlum idi, amma bununla bağlı Ermənistan tərəfi heç bir addım atmamışdı. Bu insanlığa sığan bir hərəkət deyil'', - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin