“Sanki Həcc ziyarəti günahyuma maşınıdır” – Elşad MİRİ

Hazırda oxunan: “Sanki Həcc ziyarəti günahyuma maşınıdır” – Elşad MİRİ

Azərbaycanlı ilahiyyatçı Elşad Miri, Həcc ziyarətinə gedənlərin və günahlar haqqında fikirlərini açıqlayıb.
196333

Hər il müsəlmanlar müqəddəs hesab etdikləri ziyarətgahları ziyarət edirlər. Azərbaycanda da İslam dininə sitayiş edənlər müqəddəs məkanları ziyarət etmək arzusundadırlar və hər il minlərlə insan bu arzusunu gerçəkləşdirir. Elə insanlar var ki onlar Həcc ziyarətinə bir dəfə yox bir neçə dəfə gedir.

Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb. İlk zəvvar qrupu iyun ayının 4-də yola düşüb və bu qrupda 180 nəfər yer alıb.

Həccə səfər edənlər arasında ilk dəfə və bir neçə dəfə səfər edənlər də olub. Vətəndaşlardan biri 15-ci dəfə getdiyini deyib. Qeyd edək ki, bu il ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.

Bəs İslam dini nə deyir? Müqəddəs məkanları dəfələrlə ziyarət etmək mütləqdirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri deyib ki, Həcc ziyarətinə gələnlərin böyük əksəriyyəti imkanlı deyil:

“Bəzi insanların əməkhaqlarından, öz boğazlarından kəsib ora gəldiklərinin şahidi olursan. İnsanlar ömürlərində bir dəfə də olsa gəlib görmək arzusundadırlar. Həcc ziyarətinə gedən bəzi insanlar oranı da görmək və ibadət eləmək istəyi ilə gedir. Belə bir hədis uydurublar ki, ora gedib düzgün Həcc əməllərini yerinə yetirən insanların bütün günahları bağışlanır. Ona görə də imkanlı adamlar hər il ora getməyə can atırlar, bəzi korrupsionerlər də gedərək günahlarını yumağa çalışıırlar. Sanki ora günahyuma maşınıdır. Yəni bəziləri sadəcə oraları görmək məqsədi ilə gedir”.

O hesab edir ki, sonradan uydurulan bəzi hədislər insanlarda səhv düşüncə formalaşdırır:

“Quranda olmayan şeytana daş atmaq anlayışını ortaya çıxarıblar, təsəvvür edin ki, insanlar bir betona daş atırlar. Adam var Kəbəni görüb ağlayır, Kəbəni öpməyi dindarlıq olaraq görür, çünki səhv təfəkkür insanı dəyişdirir. O, özünü daha çox dindar hesab edir. Daşın ətrafında fırlanmağı günahlardan təmizlənmək kimi hesab edir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin