"Panatinaikos" basketbol klubunun baş məşqçisi Ergin Ataman 10 min dollar cərimələnib.
Bizim.Media xəbər verir ki, buna səbəb onun hakimləri tənqid etməsidir.
Hadisə Yunanıstan liqasında final seriyasının ilk matçından sonra baş verib.
Ataman "Panatinaikos"un "Olimpiakos"a 84:89 hesablı məğlubiyyətində hakimləri günahlandırıb. O, Yunanıstan futbolunda əcnəbi hakimlərin niyə dəvət olunduğunu anladığını deyib. Türkiyəli mütəxəssis eyni addımın basketbolda da atılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Ataman "Panatinakos"u 13 ildən sonra Avroliqanın çempionu edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:47 / 08.06.2024
Türkiyəli məşqçi 10 min dollar CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Türkiyəli məşqçi 10 min dollar CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Türkiyəli məşqçi 10 min dollar CƏRİMƏLƏNDİ
Türkiyəli məşqçi 10 min dollar cərimələndi - Panatinaikos basketbol klubunun baş məşqçisi Ergin Ataman hakimləri tənqid etdiyi üçün cərimələnib.
196310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.