Rusiya və MDB ölkələrində məşhurlaşan bloger və iş adamı Hüseyn Həsənov Dubay tətilindən sonra 30 yaşını qeyd etmək üçün Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, dostları Hüseynə doğum günü sürprizi ediblər.
Belə ki, onlar lüks 3 mərtəbəli villa kirayələyib, hovuzun kənarını şar içini isə 1000 ədəd qızıl güllə bəzəyib, “GG 30” sözlərini yazıblar.
Daha sonra Həsənovu hədiyyələr yağışına tutublar. Hədiyyə qutuların birindən əlində tortla bir qız çıxıb. Bloger ad günü arzusu tutaraq şirniyyatın üzərində olan şamı üfürüb.
Hüseyn hədiyyələri açaraq kamera önündə onları nümayiş etdirib. Gecə saatlarına qədər dostları ilə əylənən Həsənov onlarla “mafiya” oyununu da oynayıb.
Həmin anları isə bloqer sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
Rəşad Əliyev, Bizim.Media