Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.
Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:43 / 06.06.2024
Ceyhun Bayramov İsveçrə Konfederasiyasından olan həmkarı ilə telefonla danışıb
Hazırda oxunan: Ceyhun Bayramov İsveçrə Konfederasiyasından olan həmkarı ilə telefonla danışıb
Hazırda oxunan: Ceyhun Bayramov İsveçrə Konfederasiyasından olan həmkarı ilə telefonla danışıb
196052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.